ABŞ-dan Türkiyəyə SƏTİRALTI ŞANTAJ

30-11-2017, 11:52           
ABŞ-dan Türkiyəyə SƏTİRALTI ŞANTAJ

“Xalqbank”ın keçmiş director müavini Hakan Atilla üzərində qurulan məhkəmə ilə Türkiyəni hədəf alan ABŞ-ına xarici işlər naziri Tillerson, Rusiya və İran ilə yaxın əlaqə qurmağın Türkiyəyə fayda verməyəcəyini deyib.

Rza Zərrabın şahid olaraq yer aldığı Hakan Atilla iddiası ilə Türkiyəyə tələ quran ABŞ-dan Türkiyəyə diqqət çəkən bir zamanda xəbərdarlıq gəlib.
ABŞ xarici işlər naziri Reks Tillerson Vaşinqtonda qatıldığı bir paneldə Türkiyəyə rəsmən təhdidlər sovurub.
Tillerson, "Bir NATO müttəfiqimiz olaraq Türkiyədən, ittifaqın birgə müdafiəsini ilk sıraya qoymasını istəyirik. İran və Rusiya, Qərb cəmiyyətlərinin verə biləcəyi iqtisadi və siyasi faydaları Türk cəmiyyətinə təklif edə bilməz" deyə, fikir bildirməklə, əslində Türkiyəyə olan basqıların əsas səbəblərini göstərib. Bu açıqlama Türkiyəyə xəbərdarlıq kimi dəyərləndirilib.

MƏHKƏMƏ TÜRKİYƏNİ ŞANTAJ ÜÇÜN QURULUB

Türkiyəyə qarşı davranışını sosial media üzərindən FETÖ-nu dəstəkləyəcək qədər aydın şəkildə ortaya qoyan prokuror Bhararanın başladığı işə ekspert kimi zamanında "Türkiyə terroru dəstəkləyir" fikrini aşılayan İsrail tərəfdarı FDD-nin rəhbərləri təyin olunub.
İsrail təşkilatı olan FDD-yə çalışan CHP keçmiş millət vəkili Ayan Erdemirin də Türkiyədən ABŞ-a sənəd qaçırdığı ortaya çıxdığı üçün haqqında həbs qərarı çıxarılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.