İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

30-11-2017, 11:59           
İranın xarici işlər naziri Azərbaycana səfər edəcək
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dekabrın 1-də Azərbaycana səfər edəcək.

SalamNews-un verdiyi xəbərə görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi məlumat verib.

Onun sözlərinə görə, M.C.Zərif Bakıda keçiriləcək “Asiyanın ürəyi - İstanbul prosesi” konfransının işinə qatılacaq.

Konfransda Əfqanıstan ətrafında baş verən proseslər, regionda sülh və sabitliyi gücləndirmək məqsədilə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

İranın xarici işlər nazirinin yüksək səviyyəli görüşləri də nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru