“Məmur övladlarının əvəzinə xəstə gəncləri orduya aparırlar”

1-12-2017, 09:32           

2017-ci ildə erməni ordusunda 56 ölüm hadisəsi baş verib, onlardan 10 nəfəri son iki ayda ölüb.

2017-ci ildə 56 ölüm – dinc dövrdə erməni ordusunda itkilər artmaqdadır.

2017-ci ilin yanvar-sentyabr aylarında Ermənistan və separatçı Dağlıq Qarabağ ordusunun 46 əsgər ölüb. 46 hərbçidən 29 nəfəri müddəti hərbi xidmət keçən əsgər, 17 nəfər müqavilə üzrə işləyən hərbçidir. Qeydə alınan hadisələrdən 17-si Ermənistanda, 29-u isə DQR-də baş verib.

46 ölüm hadisəsindən cəmi 21-i atəşkəs rejiminin pozulması nəticəsində baş verib, 6-sı qətl (bunlardan 5-i silahla davranış qaydasının pozulması, 1-i isə qəsdən adamöldürmə), 6-sı bədbəxt hadisə (4 bədbəxt hadisə, 1 zəhərlənmə və 1 xidmətə məsuliyyətsiz yanaşma ehtiyatsızlığa və nəticədə ölümə səbəb olub), 9-u intihar və ya intihar həddinə çatdırılma, 4-ü isə xəstəlik səbəbindən baş verib.

Bu statistikanı Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi toplayıb. Bu hesabata cari ilin oktyabr-noyabr aylarının statistikasını, yəni 10 nəfəri əlavə elədikdə ölüm hallarının sayı 56-ya çatır.

Qeyd edək ki, 2017-ci ildə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə, atəşkəs rejiminin pozulmasından ölüm halları 7 ədəd azalıb, bədbəxt hadisələr nəticəsində ölüm 9 ədəd azalıb, ölün halları iki dəfə azalıb, intihar səbəbindən ölüm hadisəsi 1 ədəd azalıb. Lakin sağlamlıqla əlaqədar problemlər üzündən ölüm halları 3 ədəd artıb.

Hüquq müdafiəçisi Janna Aleksanyan hesab edir ki, sağlamlıq üzündən ölüm problemlərinin səbəbi odur ki, xəstə çağırışçılar məmur övladlarının əvəzinə hərbi xidmətə göndərilir: “Bəs kim xidmət eləməlidir? Bilirsinizmi, Ermənistan Respublikaçılar Partiyasının rəhbərliyi artıq istəyir ki, məmur övladlarının xidmət eləməməsi normasını qanuna çevirsin. Belə istəyirlər. İndi hərbi xidməti nə az, nə çox, 3 ilə çatdırmaq istəyirlər. Bütün bunlar sosial bərabərsizliyin qanunən möhkəmləndirilməsinin ən parlaq nümunəsidir. Onlar özlərini sığortalamaq üçün əllərindən gələn hər şeyi edirlər”.Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru