Raul Kastro Kuba Dövlət Şurasının sədri postundan gedəcək
22-12-2017, 09:01
Kuba Dövlət Şurası və Nazirlər Şurasının sədri Raul Kastro gələn il vəzifəsindən gedəcək.
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, R.Kastro müvafiq bəyanatla Xalq Hakimiyyətinin Milli Məclisi qarşısında çıxış edib. Bildirilir ki, Kuba lideri bu addımı 2018-ci ilin aprelində atacaq.