BMT beynəlxalq terrorçuluğa qarşı mübarizəyə dair qətnamə qəbul edib

22-12-2017, 09:17           
BMT beynəlxalq terrorçuluğa qarşı mübarizəyə dair qətnamə qəbul edib
Təhlükəsizlik Şurası (TŞ) beynəlxalq terrorçuluğa qarşı mübarizənin fəallaşdırılması və münaqişə zonalarından qayıdan döyüşçülərlə bağlı tədbirlər haqqında qətnamə qəbul edib.

"Report" "RT"-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson deyib.

"Qətnamə özünü "İslam dövləti" adlandıran xilafətin süquta uğradığı və döyüşçülərin bütün dünyada terror aktları törətmək niyyətində olduqları bir zamanda, vaxtında qəbul edilib", - deyə R. Tillerson söyləyib.

Onun sözlərinə görə, qətnamə terrorçuluqda şübhəli bilinən şəxslərin siyahısı üzrə işi və biometrik məlumatların toplanmasında birgə fəaliyyəti nəzərdə tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru