İlqar Məmmədovun işində yenilik - Avropa Məhkəməsi yeni vaxt verdi

22-12-2017, 13:36           
İlqar Məmmədovun işində yenilik - Avropa Məhkəməsi yeni vaxt verdi
Həbsdə olan REAL sədri İlqar Məmmədovun işində mühüm yenilik var. Dekabrın 5-də onunla bağlı Azərbaycana qarşı prosedurun başladılmasından bir həftə sonra Avropa Məhkəməsi tərəfindən Avropa Şurası Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və İlqar Məmmədova məktub göndərilib.
Bu barədə REAL sədrinin vəkili Fuad Ağayev facebook səhifəsində status paylaşıb.
Həmin statusu təqdim edirik: “Avropa Şurası Nazirlər Komitəsinin, Azərbaycan Respublikası tərəfindən həmin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icra edilib-edilməməsi məsələsinə dair sorğusu ilə bağlı olaraq, Avropa İnsan Hüquqları Məhkəməsindən Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və İlqar Məmmədova (onun nümayəndəsi olaraq mənə) məktub gəlmişdir. Məktubda sorğuya baxılması üçün məhkəmənin sədri cənab Qvido Raymondi başda olmaqla, Böyük Palatanın tərkibi elan edilir; Nazirlər Komitəsinə, hökumətə və bizə sorğu ilə bağlı yazılı şərhlərin 31 mart 2018-ci il tarixinə kimi təqdim edilə bilməsi haqqında məlumat verilir”./Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru