Erməni general haqlıdır, biz bunu istəyirik - Politoloq

22-12-2017, 16:42           
Erməni general haqlıdır, biz bunu istəyirik - Politoloq
İkinci Qarabağ müharibəsində ya Azərbaycan Qarabağı birdəfəlik itirəcək, ya da Ermənistan dövlətçiliyini əldən verəcək. Vəziyyətin bu yerə gəlməyinin səbəbkarı isə Ermənistanı idarə edən Qarabağ klanı, Rusiya və Qərbdəki məşhur erməni lobbisidir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Əhəd Məmmədli qeyd edib. O bildirib ki, Binəli Yıldırımın Naxçıvan səfəri Türkiyənin Rusiya, Ermənistan və İrana siyasi mesajı oldu:

“Türkiyə Baş naziri Binəli Yıldırımın Naxçıvana səfəri Azərbaycanın Türkiyənin nə qədər ciddi şəkildə maraq dairəsində olduğunun göstəricisidir. İşğal altındakı torpaqlarımızı çıxmaq şərti ilə, Naxçıvan Muxtar Respublikası Azərbaycanın ən strateji reqionudur. B.Yıldırımın bu səfəri ilə Naxçıvana Türkiyənin cavabdeh olduğunu göstərdi. Naxçıvandan istifadə edib, Azərbaycanda aranı qarışdırmaq, sabitliyi pozmaq üçün hər hansı planları olan bölgə dövlətlərinə Türkiyə bir mesaj verdi”.

Politoloq vurğulayıb ki, bu səfər, həm də Naxçıvanda ola biləcək opportunist fikirlərə bir xəbərdarlıq idi:

“Bu yaxınlarda erməni generallarından biri Azərbaycanın təkcə Qarabağı deyil, Zəngəzuru, İrəvanı da qaytarmaq istədiyini bildirmişdi. O, bu fikrində haqlıdır”.

Qeyd edək ki, Türkiyə Baş naziri Binəli Yıldırım iki gün öncə Naxçıvana ilk səfərini edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.