Müsəlmanlar Ermənistan torpaqlarını alır…- Bəs Qarabağ?..

23-12-2017, 21:44           
Müsəlmanlar Ermənistan torpaqlarını alır…- Bəs Qarabağ?..
Son vaxtlar Ermənistanda iranlılarla yanaşı, müsəlman ərəblər də min hektarlarla torpaq alırlar.

Moderator.az yazır ki, bu haqda işğalçı ölkənin mediası xəbər yayıb.

Ermənistan İşverənlər İttifaqının sədri Qaqik Markaryanın sözlərinə görə, ərəb iş adamları, xüsusən Armavir və Tavuş rayonlarındakı boş torpaqları almağa başlayıblar. Onların məqsədi həmin ərazilərdə iri kənd təsərrüfatı layihələri həyata keçirməkdir. Bu isə Ermənistanda kənd təsərrüfatının inkişafına sərmayə qoymaqdır...

Şərabçılar İttifaqının sədri Avaq Arutyunyan isə eyni məqsədlə Hindistan iş adamlarının da ölkəsində torpaqları ilə maraqlandığını bildirərək daha inamla danışıb. O, işğalçı ölkənin torpaqlarının, demək olar ki, yarısının istifadəsiz qaldığını və 200-300 min hektar xam torpaq sahələri olduğunu bildirərək xarici sərmayədarların bu əraziləri almağa başlamasının Ermənistanın kənd təsərrüfatı üçün geniş perspektivlər açdığını bildirib. A.Arutyunyan bu haqda 1in.am saytına geniş müsahibə verib.
P.S. Bəlkə biz bilmirik, bəzi iranlı və ərəb iş adamları elə mömin müsəlman kimi Ermənistan torpaqlarının qədim Azərbaycan- müsəlman torpaqları olduğunu düşünərək işğalçı ölkənin nəzarətində olan torpaqları almağa girişiblər. Yəqin işləri yaxşı getsə, Qarabağ torpaqlarını da pulla alacaqlar...














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru