Qvatemala İsraildəki səfirliyini Qüdsə köçürmək qərarına gəlib

25-12-2017, 08:16           
Qvatemala İsraildəki səfirliyini Qüdsə köçürmək qərarına gəlib
Qvatemala prezidenti Cimmi Morales ABŞ-ın yolu ilə gedərək ölkənin İsraildəki səfirliyini Qüdsə köçürmək barədə qərar qəbul etdiyini bildirib.

“Report” xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində məlumat yerləşdirib.

"Bu gün mən İsrailin baş naziri Binyamin Netanyahu ilə danışdım…Vacib mövzulardan biri Qvatemala səfirliyinin Qüdsə geri qaytarılması oldu. Bildirirəm ki, mən bunun belə də oması üçün xarici işlər nazirinə müvafiq işlərə başlamaq barədə göstəriş vermişəm", — deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru