ABŞ-da polis əməkdaşlarına edilən hücum terror aktı kimi qiymətləndirilib

25-12-2017, 08:25           
ABŞ-da polis əməkdaşlarına edilən hücum terror aktı kimi qiymətləndirilib
ABŞ Daxili təhlükəsizlik nazirliyi Pensilvaniya ştatında polis əməkdaşlarına edilən hücumu terror aktı kimi qiymətləndirilib.

APA-nın məlumatına görə, bu barədə CNN telekanalı xəbər verib.

Dekabrın 22-də ABŞ-a Misirdən gəlmiş Əmin Əl-Mofti Pensilvaniya ştatının Harrisberq şəhərində polis əməkdaşlarına atəş açıb. Hadisə nəticəsində bir asayiş keşikçisi yaralanıb.

ABŞ Daxili təhlükəsizlik nazirliyinin nümayəndəsi Tayler Houlton hadisəni terror hücümu adlandırıb. O həmçinin qeyd edib ki, ABŞ vətəndaşı olan Əl-Mofti ölkəyə ailə miqrasiyası proqram vasitəsi ilə gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru