“Deputatların maaşı artırılsaydı, bundan xəbərimiz olardı...” — Vahid Əhmədov

27-12-2017, 00:46           
“Deputatların maaşı artırılsaydı, bundan xəbərimiz olardı...” — Vahid Əhmədov
Milli Məclisin deputatlarının maaşının artması ilə bağlı məlumat yayılıb.
Muxalifet.az xəbər verir ki, bəzi Kütləvi İnformasiya Vasitələrində millət vəkillərinin maaşının 800 manat artırılması barədə məlumatlar yayılıb. Verilən məlumatlara görə, 2018-ci ildən deputatların maaşı 800 manat artacaq.
Məsələyə aydınlıq gətirmək üçün millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovla əlaqə saxladıq. Vahid Əhmədov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, yayılan xəbərlərin heç bir əsası yoxdur. Onun sözlərinə görə, deputatların maaşı artırılmayıb.
“Belə bir məlumat yoxdur. Elə bir artım olmayıb. Əgər bu barədə qərar olsaydı, mütləq xəbərimiz olardı”, - deyə V.Əhmədov bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclis əməkaşlarının və deputatların əmək haqlarının yetərli olmadığını bildirib və artırılmasını təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru