Dünya Vəhşi Təbiət Fondunun Rusiya nümayəndəliyi Dağlıq Qarabağda Azərbaycan vasitəsi ilə işləmək istəyir
28-12-2017, 10:22
Dünya Vəhşi Təbiət Fondunun (WWF) Rusiya nümayəndəliyi Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya ərazilərində fəaliyyət göstərmir, bu təşkilatın Beynəlxalq Katibliyinin qəbul etdiyi qərardan irəli gəlir.
Trend-in məlumatına görə, bunu "WWF Russia"nın mətbuat katibi Darya Kudryavçeva "Regnum" informasiya agentliyə açıqlamasında deyib.