Rusiya Baş nazirinin müavini Dmitri Roqozin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Virtualaz.org xəbər verir ki, bu barədə Roqozin özünün “Facebook” səhifəsində bildirib. “Bakı. Ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın görüşünün yekunları üzrə Azərbaycan Prezidenti ilə danışıqlar”, – Dmitri Roqozin belə yazıb.