Azərbaycanın xarici işlər nazirliyi İrandakı hadisələrə münasibət bildirdi

3-01-2018, 00:55           
Azərbaycanın xarici işlər nazirliyi İrandakı hadisələrə münasibət bildirdi
Azərbaycan XİN: "İrandakı hadisələrin bu ölkənin qanunlarına uyğun olaraq sülh şəraitində olmasını arzulayırıq".

teref.az APA-ya istinadən bildirir ki, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Diplomat qeyd edib ki, Azərbaycan tərəfi İrandakı hadisələrin İran İslam Respublikasının qanunlarına uyğun olaraq sülh şəraitində olmasını arzulayır.

Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. Son 6 gündə etiraz aksiyası ilə bağlı ölənlərin sayının 20 nəfərə çatdığı bildirilir. Xatırladaq ki, İranın Təhlükəsizlik Nazirliyi (Ettelaat) məlumat yayaraq bildirib ki, son hadisələrin təhrikedicilərindən, təxribatçılar və iğtişaşçılardan bəziləri müəyyən edilib və həbs olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.