Təbriz və Ərdəbildə etirazlar: Onlarla saxlanılan var

3-01-2018, 01:10           

Təbriz və Ərdəbildə etirazlar: Onlarla saxlanılan var


İran hüquq-mühafizə qüvvələri Ərdəbildə iğtişaşlar zamanı ən azı 40 nəfəri həbs ediblər.
BakuPress.Az-ın Mehr agentliyinə istinadən məlumatına görə, onların əksəriyyəti dindirildikdən sonra sərbəst buraxılıblar, lakin 15 nəfər isə hələ də həbsdə qalıb.

Bundan əlavə, təsdiqlənməmiş məlumatlara əsasən, Təbriz şəhərində etiraz aksiyaları zamanı 90 nəfər saxlanılıb.

Qeyd edək ki, İranda keçirilən etiraz aksiyalarında ölənlərin sayı 22 nəfərə çatıb. Ötən gün təkcə Tehranda 450 nəfərin saxlandığı bildirilir.

Xatırladaq ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru