BMT-dən İran açıqlaması: Təəssüf edirik

3-01-2018, 01:22           
BMT-dən İran açıqlaması: Təəssüf edirik
BMT rəhbərliyi İranda baş verən aksiyalar zamanı həlak olanlara görə təəssüflənir və güc tətbiqinin sona çatmasına ümid edir.
teref.az xəbər verir ki, bunu BMT baş katibinin müavini Fərhan Hak jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, baş katib Antoniu Quterreş İranın bir neçə şəhərində baş verən aksiyalarla bağlı məlumatları diqqətlə izləyir.
“Biz insan ölümlərinə görə təəssüflənirik və növbəti güc tətbiqinin olmayacağına ümid edirik. Hesab edirik ki, İran xalqının sakit şəkildə toplaşmasına və öz fikrini izah etməsinə hörmət olunacaq”, - BMT rəsmisi bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.