Tarixi telefon danışığı baş tutdu: Şimali və Cənubi Koreya...

3-01-2018, 13:28           

Şimali Koreya ilə Cənubi Koreya rəsmiləri arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, müzakirələrin detalları hələlik açıqlanmayıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib ki, müzakirələrdə Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsinə toxunulmasa, ABŞ bu danışıqlara ciddi yanaşmayacaq.

Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreya Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında milli komandasının iştirakı məsələsində danışıqlara başlamağa hazır olduğunu bildirmişdi. Seul bu təşəbbüsü müsbət qiymətləndirmiş və yüksəksəviyyəli danışıqlar aparmağı təklif etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru