Qanla hakimiyyətə gələn məmurlar buna görə cavab verəcəklər.
Axar.az xəbər verir ki, bunu “Nyusvan” televiziyasına müsahibəsində ukraynalı deputat Nadejda Savçenko söyləyib.
“Əgər yeni inqilab olsa, indiki məmurlar öz qanları ilə cavab verəcəklər. O zaman inqilab revanş götürəcək. Ümid edirəm ki, belə də olacaq. Ona görə ki, ədalət yalnız bundadır. Ukraynada ədalət olmasa, inkişaf da olmayacaq”, – o bildirib.