"Ermənistanda soyuq müharibə gedir"

4-01-2018, 10:37           
"Ermənistanda soyuq müharibə gedir"
Ermənistanda geniş kütlənin və siyasi spektrin 2018-ci ildə keçiriləcək seçkilərdə aktiv iştirak edəcəyini düşünmürəm.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, seçkilərdə əsas mübarizə bir klanın içində gedəcək:

"Yəni bu mübarizə hakim Respublikaçı Partiyanın daxilində gedəcək. Digər partiyaların parlamentdə tutduğu yerlərin sayına və cəmiyyətdə oynadığı rola baxanda, bu seçkilərdə oynayacağı rolun çox zəif olacağını təxmin etmək mümkündür. Hakim partiyanın daxilində prezident və baş nazir kürsüsü uğrunda mübarizə artıq bir neçə ildir ki, gedir və biz aparılan mübarizənin kulminasiyasını müşahidə edəcəyik".

Politoloq qeyd edib ki, Baş nazir Karen Karapetyan hakim komandaya daxil olandan bəri partiyanın daxilində yaranan iki qütbün arasında soyuq müharibə gedir:

"Prezident seçkiləri ərəfəsində bu, daha qabarıq formada hiss olunacaq. Amma digər partiyaların bu mübarizəyə qoşulacağı inandırıcı görünmür. Çünki bunda hakim partiyanın özü də maraqlı deyil. Həm Karapetyan, həm də Sərkisyan çalışır ki, öz resurslarını mobilizə etsin. Ona görə də daha geniş dairələri buraya cəlb etmək istəmirlər. Eyni zamanda hər ikisinin də əsas məqsədi indi xaricdə olan nüfuzlu dairələrin, ilk növbədə Rusiyanın rəğbətini qazanmaqdan ibarətdir. Rusiya hakimiyyətindən dəstək almaq onların əsas məqsədidir. Çünki Rusiyanın hansı namizədə daha böyük rəğbət bəsləməsindən çox şey asılıdır".

Qeyd edək ki, Ermənistanda seçkilər martda keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.