ABŞ Prezidenti Donald Tramp Tvitter sosial şəbəkəsi üzərindən bütün dünyaya müharibə elan edib.
Axar.az xəbər verir ki, Tramp son 48 saat ərzində Şimali Koreya, İran, Pakistan və Fələstini təhdid edib.
Tramp sonuncu hədəf kimi seçdiyi Fələstinə hər il milyonlarla dollar həcmində yardım göstərdiklərini, lakin bunun qarşılığında hər hansı təşəkkür və ya hörmət göstərilmədiyini bildirib. ABŞ prezidenti bununla Yaxın Şərq sülh planının müzakirə masasında əyləşməyəcəyi halda Fələstinə yardımın kəsilə biləcəyi mesajını verib.