Azərbaycan müxtəlif cinayətlərdə ittiham olunan 11 nəfəri Türkiyəyə verdi
4-01-2018, 16:11
Azərbaycan ötən il müxtəlif cinayətlərdə ittiham olunan 11 nəfəri Türkiyəyə təhvil verib.
Məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsi yayıb.
İnformasiyaya əsasən, 2017-ci ildə Türkiyəyə 32 ölkədən 108 nəfər ekstradisya olunub. Bu siyahıda birinci yerdə Almaniya gəlir. Bu ölkə il ərzində müxtəlif cinayətlərdə təqsirləndirilən 17 nəfəri Türkiyəyə təhvil edib.
2017-ci ildə Gürcüstandan 13, Azərbaycandan 11, Şimali Kipr Türk Cümhuriyyətindən 10, Bolqarıstan, Rumıniya, Səudiyyə Ərəbistanı və Ukraynanın hər birindən 4 nəfər Türkiyəyə ektradisiya edilib. Ötən il ilk dəfə olaraq, Peru, Kosovo, Monteneqro, Myanma, Tailand, Malayziya və Çin də şübhəliləri rəsmi Ankaraya təhvil verib.
DİN-in Təhlükəsizlik Baş İdarəsindən bildirilib ki, 2017-ci ildə Türkiyə 21 şübhəli şəxsi öz ölkələrinə ekstardisiya edib.
Məlumata görə, rəsmi Ankara Azərbaycan və İspaniyanın hər birinə 3 nəfər, Tacikistan, İngiltərə, İsveç hər birinə 2, Bolqarıstan, Qazaxıstan, Fransa, Mərakeş, Makedoniya, Paraqvay, Avstriya, Almaniya və Serbiyaya isə 1 şübhəli təhvil verib. (report)