Tillerson və Conson Şimali Koreyaya təzyiq göstərməyi razılaşdırıblar

5-01-2018, 08:33           
Tillerson və Conson Şimali Koreyaya təzyiq göstərməyi razılaşdırıblar
ABŞ-ın dövlət katibi Reks Tillerson və Böyük Britaniyanın xarici işlər naziri Boris Conson arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın xarici siyasət idarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, Amerika və Britaniya KXDR-ə təzyiq göstərməyi davam etdirməyi razılaşdırıblar.

"Onlar (Conson və Tillerson - red) Şimali Koreyanın qanunsuz nüvə proqramına son qoyması üçün KXDR hakimiyyətinə təzyiq göstərməyi davam etdirməyi razılaşdırıblar", - deyə bəyanatda bildirilir.

Daha əvvəl məlum olub ki, Conson Tillersona bildirib ki, Britaniya İranın nüvə sövdələşməsinə sadiqliyini qoruyur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru