Onun prezidentliyə namizədliyi qeydə ALINMADI

6-01-2018, 00:29           
Onun prezidentliyə namizədliyi qeydə ALINMADI
Mərkəzi Seçki Komissiyası Dağıstan müftisinin həyat yoldaşı, "İslam” jurnalının baş redaktoru Ayna Həmzətovanın Rusiya prezidenti vəzifəsinə namizədliyini qeydə almayıb.

Unikal.org-un REN TV-yə istinadən xəbərinə görə, buna səbəb kimi qeydiyyat prosedurunun pozulması göstərilib.

Bundan əlavə, A. Həmzətova bütün lazımı, o cümlədən özü və həyat yoldaşının maliyyə vəziyyətini əks etdirən sənədləri təqdim etməyib.

Dekabrın 30-da 542 nəfərdən ibarət təşəbbüs qrupu Dağıstan müftisinin həyat yoldaşı, "İslam” jurnalının baş redaktoru 46 yaşlı Ayna Həmzətova Rusiya prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

Qeyd edək ki, Rusiyada seçkiqabağı kampaniya dekabrın 17-də start götürüb. Prezident seçkiləri 2018-ci il, martın 18-ə təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru