Daha bir ölkə səfirliyini Qüdsə köçürməyəcəyini açıqladı -Netanyahunun zəngləri fayda vermədi

7-01-2018, 00:31           
Daha bir ölkə səfirliyini Qüdsə köçürməyəcəyini açıqladı -Netanyahunun zəngləri fayda vermədi
Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürməyəcəyini açıqlayıb.

Rumıniya Prezident Adminstrasiyasının rəsmi saytı İsrailin Baş naziri Benyamin Netanyahunun Rumıniya Prezidenti Klaus Yohannisə zəng edərək səfirliyin Qüdsə köçürülməsi məsələsini müakirə etdiyini yazıb.

Rumıniya prezidenti açıqlamasında bitərəf mövqeyini davam etdirəcəyini deyib və İsrail-Fələstin arasında yaşanan gərginliyin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.

Fələstinin Rumıniyanın paytaxtı Buxarestdəki səfiri Fuad Kokali Yohannisin qərarından məmnun olduqlarını bildirib:

“Səfirliyin Qüdsə köçürülməsinin qanuni olmadığını düşünən Rumıniya yenə də beynəlxalq hüquq qaydalarına hörmət edir".

Qeyd edək ki, ABŞ bir müddət əvvəl Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və səfirliyi bu şəhərə köçürəcəyini açıqlayıb. Bundan sonra ABŞ-ın sözügedən qərarı il bağlı BMT-nin Ümumi Qurultayında keçirilən səsvermədə Rumıniya bitərəf olduğunu bildirib.(Axar.az )












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru