Kim Çen In Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılması üçün sərəncam verib

7-01-2018, 12:33           
Kim Çen In Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılması üçün sərəncam verib
Koreya Xalq Demokratik Respublikası lideri Kim Çen In Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılması üçün şərait yaradılması barədə sərəncam verib.

“Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən TASS məlumat yayıb.

"Dövlət başçısı dəqiq şəkildə ifadə edib ki, ölkəmiz müstəqil birlik işində sıçrayış etməyə imkan verən siyasəti qətiyyətlə dəstəkləməlidir", - deyə məlumatın mətnində bildirilir.

Eyni zamanda qeyd olunur ki, Şimali Koreya lideri keçmişi qurdalamamağa, KXDR və Cənubi Koreya arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində işləməyə çağırıb:

"Keçmişi qurdalamaq və Seul ilə [qarşılıqlı münasibətləri] xatırlamağa gərək yoxdur. Bunun əvəzind, Şimal ilə Cənub arasında əlaqələri yaxşılaşdırmaq lazımdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru