NATO və Rusiyanın hərbi rəhbərləri Bakıda görüşəcək

8-01-2018, 07:37           
NATO və Rusiyanın hərbi rəhbərləri Bakıda görüşəcək
NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Ali baş komandanı general Kertis Skaparroti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeriy Gerasimov ilə görüşəcək.



APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə adı çəkilməyən ABŞ və Avropanın vəzifəli şəxslərinə istinadən "BuzzFeed" portalı məlumat yayıb.



Məlumata əsasən, görüş yanvar ayında Bakıda baş tutacaq.



“Bu, sabiq ABŞ prezidenti Barak Obamanın 2013-cü ildə NATO BSQ rəhbərinə rusiyalı həmkarı ilə şəxsi əlaqələrə qoyduğu qadağadan sonra ilk görüş olacaq”, məlumatda vurğulanıb.



Qeyd edək ki, ötən ilin fevralın 16-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun görüşü Bakıda keçirilib. Sentyabrda isə Valeri Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel ilə görüşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru