“Azərsun”dan “Makromart”ın alınması ilə bağlı - Açıqlama

8-01-2018, 18:53           

Hazırda hər hansı bir müqavilə haqqında danışmaq tezdir.

Bunu Axar.az-a açıqlamasında “Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov holdinqin “Makromart” mağazalar şəbəkəsini satın alması barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

A.Səfərovun sözlərinə görə, hər iki şirkət arasında əməkdaşlıqla bağlı danışıqların aparıldığını bildirib:

”Makromart” mağazalar şəbəkəsi ilə əməkdaşlıqla bağlı danışıqlar gedir, amma hələlik konkret məlumat yoxdur. Əgər tərəflər bununla bağlı razılığa gəlsələr, ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə “Azərsun Holdinq”in "Makromart” mağazalar şəbəkəsini satın alaraq öz şəbəkəsinə birləşdirdiyi haqda məlumatlar yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru