İran XİN rəhbəri Moskvaya səfər edəcək

10-01-2018, 08:54           
İran XİN rəhbəri Moskvaya səfər edəcək
İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Moskvaya səfər edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində M.C.Zərifin rusiyalı həmkarı Sergey Lavrovla nüvə sazişi də daxil olmaqla, müxtəlif məsələlər ətrafında siyasi məsləhətləşmələr keçirəcəyi gözlənilir.



Yanvarın 11-də isə M.C.Zərifin Aİ diplomatiyasının rəhbəri Federika Mogerininin dəvəti ilə Brüsselə səfəri nəzərdə tutulub. Səfər zamanı M.C.Zərifin almaniyalı, fransalı və britaniyalı həmkarları ilə nüvə sazişi ətrafında son vəziyyəti müzakirə edəcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru