Şahmar İbadov otelin onun olmadığını dedi

10-01-2018, 13:47           

Ötən gün paytaxtdakı "Avira”oteldə Küveyit vətəndaşı dünyasın dəyişib. Məlumata görə, Küveyt Respublikasının vətəndaşı 1962-ci il təvəllüdlü Mester Omar Alshela ürək tutmasından dünyasını dəyişib. İlkin məlumatlara görə, Azərbaycana dincəlməyə gələn ərəbin yanında 3 nəfər qız da olub. Onlar Küveyt vətəndaşının dünyasını dəyişdiyini görərək hoteldən qaçıblar. Hazırda onların saxlanılaraq izahatının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Meyit mayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. İlkin müayinələr zamanı məlum olub ki, Küveyt vətəndaşı dünyasını dəyişməmişdən öncə cinsi istəyi artıran həblər qəbul edib. Meyit müayinə olunduqdan sonra vətəninə göndərilmək üçün Küveyt səfirliyinin Azərbaycandakı nümayəndələrinə təhvil verilib. Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət işi balanıb. Həmçinin hoteldən bildirdilər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən otaqdakı boş şüşələri müayinə etmək üçün aparıblar.Birsıra media orqanları xəbər yayıblar ki, hadisənin baş verdiyi "Ariva” hoteli Nərimanovrayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadova məxsusdur.

Vətəninfo.az-a yayılan xəbərlə bağlı açıqlama verən Şahmar İbadov bildirib ki, yayılan məlumat əsassızdır və adı hallanan otelin ona yaxından-uzaqdan bağlılığı yoxdu:

"Mən o qeyd edilən otelin harda yerləşdiyin bilmirəm,o ki,qala onun sahibi mən olam.Əgər otelin mənə məxsus olduğunu yazanlar əsaslandırılmış şəkildə ,əllərində hansısa fakt varsa,otelin nəyin ki,mənə,mənim ailə üzvülərimə,yaxınlarıma məxsus olduğunu təsdiq edən sübutlar ortaya qoysalar mən sizin vasitənizlə bəyn edirəm ki,həmin oteli o informasiya saytına,qəzetə bağışlayacam”. Şahmar İbadov qeyd edib ki, bəzi virtual media orqanları bilmirlər nədən yazsınlar,başlayırlar şər-böhtan yağdırmağ: "İnsanlarda ədalət deyilən,vicdan deyilən bir anlayış mövcuddur.Gərək vicdanını,ədalətini itirəsən ki,durub yalan və həqiqətə uyğun olmayan məlumat yayasan”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.