Avropa İttifaqı İlqar Məmmədova azadlıq tələb edir

30-11-2016, 20:50           
Avropa İttifaqı İlqar Məmmədova azadlıq tələb edir
Avropa İttifaqı xarici işlər komissarının ofisi bildirir ki, Azərbaycan Ali Məhkəməsinin siyasətçi İlqar Məmmədovun apellyasiyasına mənfi cavabı Avropa İnsan Haqları Məhkəməsinin 2014-cü il tarixli hökmünə ziddir.

Azadlıq Radiosu xəbər verir ki, Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherini-nin sözçüsü Maja Kocijancic tərəfindən yayılmış bəyanatda deyilir ki, Avropa İttifaqı və başqa beynəlxalq müşahidəçilər cənab Məmmədovun işi üzrə sözü gedən dinləmədə iştirak ediblər.

Sənəddə bu da qeyd olunur ki, Avropa İttifaqının xarci işlər komissarı Federica Mogherini bu məsələni fevralın 29-da Bakıya səfəri zamanı da müzakirə edib.

“Biz Azərbaycanı Avropa Şurasının üzvü kimi özünün Avropa İnsan Haqları Konvensiyasına müvafiq olaraq üzərinə götürdüyü öhdəliklərinə əməl etməyə və Avropa İnsan Haqları Məhkəməsinin cənab Məmmədov barədə hökmünü icra etməyə çağırırıq” – deyilir bəyanatda.
Tumar












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru