Milli Məclis yaz sessiyasına xeyli yeni qanun layihəsi çıxarır - SİYAHI

18-01-2018, 11:07           
Milli Məclis yaz sessiyasına xeyli yeni qanun layihəsi çıxarır - SİYAHI
Milli Məclisin yaz sessiyasında bir neçə yeni qanun layihəsi müzakirəyə çıxarılacaq , bir sıra qanunlara isə əlavə və dəyişikliklər ediləcək.

Moderator.az-ın parlamentdən əldə etdiyi məlumata görə, “Azad iqtisadi zonalar haqqında”, “Əlillərin sosial təminatı haqqında”, “Dövlət bayrağı haqqında”, “Dövlət gerbi haqqında”, “Dövlət himni haqqında”, “Siyasi vəzifələr haqqında”, “Diplomatik xidmət haqqında”, “Azərbaycan Ordusu haqqında”, “Peşə birlikləri haqqında” yeni qanun layihələri parlamentin “2018-ci il yaz sessiyasının işlər planı”na daxil edilib.

Həmçinin yaz sessiyası ərzində bir sıra qanunlara əlavələr və dəyişikliklər ediləcək.

“Milli Məclisin 2018-ci il yaz sessiyasının işlər planı” parlamentin fevralın 1-də keçiriləcək ilk iclasında müzakirə ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru