Rusiya MN: ABŞ Suriyanı parçalamağa çalışır

12-03-2018, 09:10           

ABŞ Suriyanın suverenliyi və bütövlüyünün qorunmasına dair vədlərə baxmayaraq, ölkəni parçalamağa çalışır. APA-nın xəbərinə görə, bu barədə "Krasnaya Zvezda" nəşrinə müsahibəsində Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin bildirib.



ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı Fransa, Almaniya və Böyük Britaniyanın "əhəmiyyətli dəyişikliklər" etməyəcəkləri təqdirdə ölkəsinin nüvə sazişindən çıxacağı ilə hədələyib.



"Amerikalıların niyyəti bəllidir. Suriyanın suverenliyi və bütövlüyünün qorunmasına dair vədlərinə baxmayaraq, ölkəni parçalamaq. ABŞ-ın tabeçiliyində olan qüvvələr İŞİD terrorçuları ilə birləşiblər. Bu amerikalıların rəhbərliyi və nəzarəti altında baş verir",-deyə Aleksandr Fomin bildirib.



Nazir müavini qeyd edib ki, hazırda ABŞ separatçı niyyətli milli azlıqlara hərtərəfli dəstək göstərir.

"Amerikalılar kürdlər də daxil olmaqla milli azlıqların silahlı dəstələri ilə müəyyən oyun aparırlar. 40 minədək üzvü olan hansısa silahlı birləşmələrin nəzarəti altında təhlükəsizlik zonaları yaradırlar", deyə Aleksandr Fomin qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru