Putin Sobçakın xaç atası olub? - İlginc iddia

13-03-2018, 09:26           

Prezident Vladimir Putin mənim xaç atam olmayıb.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya prezidentiyinə namizəd Kseniya Sobçak deyib. O, 12 yaşında vəftiz olunduğunu bildirib:

“Mənim üçün bu tarixdir. O zaman 12 yaşım var idi. Anam məni 3 saqqıza kilsəyə gətirmişdi və mən orada 3 saat gözləməli oldum. Mən dindar uşaq olmadım. Vəftiz prosesi mənim üçün adi hadisə idi”.

Prezidentliyə namizəd əlavə edib ki, vəftiz prosesi zamanı Vladimir Putin sadəcə həmin kilsədə olub:

“Mənim V.Putinlə heç bir zaman şəxsi münasibətlərim olmayıb. Mən onunla yalnız atamın vəfatının ildönümlərində görüşmüşəm. Hər hansı əlaqələrim yoxdur”,

Qeyd edək ki, V.Putinin K.Sobçakın "xaç atası" olması ilə bağlı məlumatlar yayılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.