“Azərbaycan Yerevana raket zərbəsi endirəcək” - Ermənistan tərəfindən şok açıqlama
13-03-2018, 17:52
Qarabağda hərbi əməliyyatlar bərpa olunsa Azərbaycan Türkiyənin birbaşa dəstəyi ilə Ermənistana zərbə vurmaq üçün Naxçıvan ərazisindən istifadə etməkdə uğursuz olmayacaq. Nəzərə alaq ki, Naxçıvan muxtar vilayətindən Yerevana olan məsafə azı 80 kilometr təşkil edir, bu məsafə yaylım atəşli reaktiv sistemlər üçün tamamilə əlçatandır.
İslaminSesi.info xəbər verir ki, bunu çərşənbə axşamı Sputnik-Armenia multimedia mərkəzində çıxış edən Ermənistanın sabiq rəhbəri (1991l), Demokratik Partiyanın sədri Aram Sarkisyan bildirib.
Tədbirdə iştirak edən Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan da onunla razılaşıb. Vaqarşak hesab edir ki, Ankaranın türk dünyasını birləşdirmək üzrə planını heç kim ləğv etməmişdir və Naxçıvanın ərazisi Türkiyənin Zaqafqaziyaya və Mərkəzi Asiyaya "sıçrayışı" üçün bir "tramplin" ola bilər.
Belə ki, Ermənistanın siyasi liderləri son aylarda Naxçıvanda Türkiyə-Azərbaycan hərbi təlimlərinin müntəzəm olaraq keçirilməsini narahatlıqla qeyd edirlər. Bundan başqa, zaman-zaman Türkiyə və Azərbaycan KİV-də Naxçıvanda daimi Türkiyə bazasının yaradılmasının mümkünlüyü müzakirə olunur.
SputnikArmenia qeyd edir: Hələ ötən ilin yayında Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bəyan edib ki, Ankara Naxçıvanda azad iqtisadi zona yaratmaq niyyətindədir. Naxçıvanla Ankaranın arasında ümumi sərhədlərinin olmaması qonşu Türkiyəyə öz mövqelərini Naxçıvanın bütün mühüm sahələrində möhkəmləndirməyə nadir imkan verir. Türkiyənin Naxçıvandakı iştirakı regiondakı gərginliyi daha da artırır.
Aram Sarkisyan bunları nəzərə alaraq Ermənistan hakimiyyətini Rusiyaya və KTMT-yə Türkiyə və Azərbaycanın Naxçıvan tərəfdən təhlükəsinin tarazlanması ilə bağlı tədbirlər görülməsi üçün rəsmi müraciət etməyə çağırıb. Siyasətçinin fikrincə, Ankara və Bakının Naxçıvanda Türkiyə bazasının yerləşdirilməsinə hazırlıq apardığını güman etməyə bütün əsaslar vardır.