Ermənistan Azərbaycana qarşı 11 minlik təxribat qrupu yaratdı: HƏDƏF SƏDƏRƏKDİR – ŞOK FAKTLAR

15-03-2018, 00:53           
Ermənistan Azərbaycana qarşı 11 minlik təxribat qrupu yaratdı: HƏDƏF SƏDƏRƏKDİR – ŞOK FAKTLAR
Ermənistanın Artaşest rayonunda “Geqakron” adında təxribat qrupu yaradılıb

Qeyri-leqal fəaliyyət göstərən bu təşkilatın devizi belədir : ” Hələ alınmayan qalalarımız, torpaqlarımız var. Alınmayan torpaq bizim deyil”. Bu qrupun qızlardan ibarət qanadı da təşkil olunub. Hazırda 11 min üzvü var. Bu qızlar Almaniyada Azərbaycan etnoqrafiyasını elə azərbaycanlıların öz üzərində canlı olaraq öyrənirlər və hədəfləri Sədərək rayondur :” Burda insanları tez qızışdırmaq olar. Çünki hissə tez qapılırlar”-deyə qızlardan biri bildirib.

Qeyd edək ki, bu təxribat dəstəsinə vaxtilə Xocavənddəki ” Amaras” kilsəsi yaxınlığında milis işçilərini qətlə yetirən Hari Sarkisyanın qohumu, ” Beço” ləqəbli Vano Sarkisyan rəhbərlik edir.Hətta dəstədə Ermənistan Müdafə Nazirliyi üçün strateji əhəmiyyətli məlumatlar toplayan 6 nəfərlik “analitik” qrup da fəaliyyət göstərir, mətbəələri, çap avadanlıqları da var. Təxribat qrupunun çap vərəqində yazılır: ” Vaxtilə Laçına biz girmişdik..Sədərəkdə də Laçın variantına əl atmaq daha yaxşı nəticələr verər”. (News12.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru