Əlaqələri kəsməyə ehtiyac yoxdur... - Britaniya gerilədi

21-03-2018, 20:36           

Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson Rusiya ilə münasibətlərdən danışıb.

Teleqraf.com verir ki, Conson Solbseri hadisələrinə görə Rusiya ilə bütün əlaqələrin kəsilməsinə ehtiyac olmadığını bildirib.

Xatırladaq ki, martın 4-də Böyük Britaniyanın cənubundakı Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyaya əsəb-iflic qazı vasitəsilə hücum olub. Onlar şəhərdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılıblar.

Hadisə ilə əlaqədar Rusiyanın Britaniyadakı 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru