AB ölkələrindən sığınacaq istəyənlərin sayında rekord azalma

21-03-2018, 23:06           

Avropa Birliyi (AB) ölkələrindən sığınacaq istəyənlərin sayında rekord azalma qeydə alınıb. AzEuroNews.com xəbər verir ki, bu barədə Avropa Statistika Ofisi (Eurostat) məlumat yayıb. Məlumatda deyilir ki, 2017-ci ildə ötən illərlə müqayisədə AB ölkələrindən sığınacaq istəyənlərin sayı 50 % azalıb. Məlumata qeyd edilir ki, 2017-ci ildə 650 min nəfər AB ölkələrindən sığınacaq istəyib.
2016-cı ildə bu rəqəm 1206500 olub.

“Eurostat”ın məlumatında vurğulanır ki, ən çox sığınacaq tələb edənlər suriyalılar, iraqlılar və əfqanlar olublar. Onlar ümumi müraciət edənlərin 30 %-ni təşkil ediblər.

Sığınacaq tələb edilən ölkələrin sırasında birinciliyi isə, yenə Almaniya tutub. 2017-ci ildə bu ölkədən 198300 nəfər sığınacaq istəyib. İkinci yerdə 126600 nəfərlə İtaliya qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru