Azərbaycan seçki saxtakarlığına görə Keniyada nümunə göstərildi

25-08-2017, 22:38           

Kenyanın müxalifət lideri belə bir seçki saxtakarlığının yalnız Azərbaycanda ola biləcəyini deyib

Kenyada avqustun 8-də keçirilən prezident seçkilərinin nəticəsi ilə müxalifət razılaşmayıb. Seçki nəticələrinə görə, hazırkı prezident Uhuru Kenyatta seçicilərin 54,5 % səsini qazanaraq, müxalifətin əsas namizədi Raila Odingaya qalib gəlib. Odinga isə təqribən 45 % səs toplayıb.

Odinga bu nəticələri tanımadığını bildirərək, seçkilərin saxtalaşdırıldığını bildirib. Bundan sonra o, seçki nəticələrinin araşdırılması üçün Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə qərarını senytabrın 1-də açıqlayacaq.

Müxalifət lideri seçki nəticələrinə etiraz məqsədi ilə avqustun 24-də mitinq keçirib. Çıxışında mövcud hakimiyyəti demokratiyanı əngəlləməkdə, seçki nəticələrini saxtalaşdırmaqda ittiham edən Odinga, Azərbaycanın da adını çəkib:

“Son seçkilərdəki kimi saxtakarlıq yalnız Azərbaycanda seçki qutuları açıldıqdan sonra üzə çıxmışdı. Bu seçkilərlə bizim yeni yaranmağa başlayan demokratiyamız “seçki avtoritarizmi” adlı sistemə çevrilir. Bu sistemdə diktatorlar hər 4-5 ildən bir saxta seçki keçirməklə demokratiya libasına bürünürlər. Biz pisdən, ən pisə doğru gedirik” – Odinga belə deyib.
Aslan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru