Azərbaycanlı deputatın maşını Türkiyədə saxlanıldı - Ölkəyə icazəsiz daxil olub +VİDEO

26-04-2018, 23:35           

Bu gün İstanbulda azərbaycanlı millət vəkilinə aid olduğu deyilən Mercedes S-500 markalı avtomobil saxlanılıb.

Mia.az unikal.org-a istinadən xəbər verir ki, İstanbul polisi 150 məkanda əməliyyat həyat keçirib. 2 min polis əməkdaşı həm hava, həm dəniz həm də quru yolu ilə basqını reallaşdırıb.

"Qurd Qapanı-16” əməliyyatı adlanan basqında saxlanılan şəxslər haqqında araşdırma aparılıb.

Beşiktaş İskele adlı məkanda aparılan araşdırmada Azərbaycan (AZE 10 NN 715) dövlət nömrə nişanlı maşın saxlanılıb. Həmin maşının sahibinin azərbaycanlı millət vəkili olduğu deyilir.

Maşın icazəsiz yolla Türkiyəyə daxil olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Türkiyədə polis tərəfindən saxlanılan avtomobil Məşədiyev Namiq Feyzulla oğluna məxsusdur.

Hazırda polis məsələ ilə bağlı araşdırma aparır.
[media=https://www.youtube.com/watch?v=j1MsVeJmUZ4]
Azərbaycanlı deputatın maşını Türkiyədə saxlanıldı - Ölkəyə icazəsiz daxil olub +VİDEO













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru