“YAP-ın siyahısında nüfuzlu ziyalılar var” - Açıqlama

9-09-2015, 12:09           
“YAP-ın siyahısında nüfuzlu ziyalılar var” - Açıqlama
“Yeni Azərbaycan Partiyası münasib bildiyi vaxtda növbəti parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısını açıqlayacaq”.

Bu barədə AzVision.az-a hakim partiyanın İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib. YAP rəsmisi bildirib ki, hər seçkidə olduğu kimi YAP-ın bu dəfəki siyahısı böyük marağa səbəb olacaq: “Partiyanın namizəd siyahısına göstərilən maraq Yeni Azərbaycan Partiyasının, onun sədri İlham Əliyevin ölkədəki böyük nüfuzundan xəbər verir. Eyni zamanda siyasi rəqiblərimizin partiyamızın namizəd siyahısını böyük səbrsizliklə gözləməsi Yeni Azərbaycan Partiyasının seçkilərdə böyük şansı olduğunu bununla bir daha göstərirlər”.

A. Mirzəzadə qeyd edib ki, YAP-ın siyahısında nüfuzlu ziyalılar yer alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru