ABŞ Ermənistana islahatlar üçün 140 mln. dollar yardım ayıra bilər

23-05-2018, 08:23           
ABŞ Ermənistana islahatlar üçün 140 mln. dollar yardım ayıra bilər
Birləşmiş Ştatlar Nikol Paşinyanın rəhbərlik etdiyi yeni Ermənistan hökumətində islahatların aparılmasına 140 milyon dollar məbləğində maliyyə yardımının ayrılması məsələsini nəzərdən keçirməyə hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeonun çərşənbə axşamı Amerikanın Erməni Milli Komitəsinin saytında dərc olunan məktubunda qeyd olunur.

"Biz "Minilliyin çağırışları" korporasiyasının xətti ilə Ermənistana qrant ayrılması məsələsini nəzərdən keçirməyə hazırıq. Amma Ermənistan layihədə iştirak etmək üçün ərizə ilə ölkədə baş verən müsbət dəyişikliklər barədə məlumat verməlidir", - deyə məktubda bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru