"MƏHKƏMƏNİN QƏRARI ŞAPALAQ KİMİ GƏLDİ"
22-07-2018, 09:48
Brukinqs universitetinin Türkiyə üzrə mütəxəssisi, keçmişdə Ağ Evin Yaxın Şərq üzrə koordinatorunun müşaviri və ABŞ XİN idarəsində müavin işləmiş Amanda Sloat “Habertürk” müxbirinə müsahibəsində deyib: “Yevangelistlər ört-basdır edir, başqa vaxt Türkiyənin daxili siyasəti ilə maraqlanmayan ABŞ ictimaiyyəti keşiş Endrü Bransonun məhkəməsi ilə yaxından maraqlanır. Məhkəmənin qərarı Amerikaya şapalaq kimi gəldi”. Ekspert deyib: “Konqres üçün S-400 sistemi ilə rahib Branson ən böyük iki problemdir”.
“Konqresdə Türkiyənin üzünü Rusiyaya çevirib-çevirmədiyi və ya Türkiyənin artıq etibarlı müdafiə tərəfdaşı olub-olmadığı barəsində hərarətli müzakirələr gedir. Mənvə bu iki məsələnin kombinasiyası Konqresdəki qanun layihələrinin ortaya çıxmasına səbəb olur. Hökumət Türkiyə ilə münasibətlərdəki problemlərdən xəbərdardır, amma strateji əhəmiyyətini və hkumətlə əlaqələri davam etdirməyin gərəkli olduğunu da bilir”.
“Branson niyə bu qədər mühümdür? Rəhbərlikdəki yevangelistlərin təzyiqinə görəmi?” sualının cavabında Amanda Sloat deyib: “Xristian bir keşiş olması, adətən Türkiyənin daxili işləri ilə çox da maraqlanmayan Amerika ictimaiyyətinin diqqətini çəkib. Trampın məsələ ilə bağlı “Tvitter” paylaşmasına baxsanız, görərsiniz ki, Bransonun xristian olduğu vurğulanır. Yevangelist qruplar da məsələ ilə bağlı fəallaşıblar. “Türkiyədə 30 ildir sülh şəraitində yaşayan Amerika vətəndaşı ədalətsiz ittihamlarla həbs edilib” fikri də hakimdir. Ərdoğanın “ver keşişi, al keşişi” sözləri də cəmiyyətdə “girovdəyişmə siyasəti aparılırmı?” sualını doğurub”.
Qeyd edək ki, çərşənbə günü İzmir prokurorluğu amerikalı rahib Endrü Bransonun həbsdə qalmasına qərar verib.
Hurriyyet.org