ABŞ-ın Rusiyadaki səfiri istefa çağırışını rədd edib

23-07-2018, 06:18           
ABŞ-ın Rusiyadaki səfiri istefa çağırışını rədd edib
ABŞ-ın Rusiyadaki səfiri Con Hantsman ölkə prezidentləri Donald Tramp və Vladimir Putinin Helsinkidə keçirilən sammitlərindən sonra istefaya getmək haqqında çağırışı rədd edib.

Trend-in məlumatına görə, səfir bunu "The Salt Lake Tribune" qəzetində öz məqaləsində bildirib.

Səfir qeyd edib ki, ölkələr arasında münasibətlərdə "vəziyyətin qeyri-müəyyənliyi" onu Moskvada qalmağa məcbur edir.

Hantsman məqalədə bildirir ki, səfirlik əməkdaşları hal-hazırda nüvə silahı, Ukrayna və Suriya kimi problemlərdə diqqətlərini cəmləşdiriblər.

Daha əvvəl qəzetin şərhçisi Robert Gerke yazıb ki, Hantsman "prezidentə deyil, asanlıqla idarə olunan insana işləyir. Onun artıq evə getmək vaxtıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru