Bakıda taksi şirkətləri qiyməti qaldırır? - Açıqlama

1-08-2018, 15:31           
Bakıda taksi şirkətləri qiyməti qaldırır? - Açıqlama
Sabahdan etibarən ictimai nəqliyyatda olan qiymət dəyişikliyi taksilərin qiymətinə təsir edəcəkmi?

Məsələ ilə bağlı taksi şirkətləri arasında keçirilən sorğunu təqdim edirik:

“Salam taksi” (*9933): “Qiymət artımının olacağı ilə bağlı heç bir məlumatımız yoxdur”.

“Bumeranq taksi” (*9333): “Qiymətin artırılması ilə bağlı heç bir təlimat verilməyib”.

“Ekonom taksi” (*9111): “Metro və avtobuslarda qiymətin qalxması taksilərdə qiymət dəyişikliyinə səbəb ola bilməz”.

“Ulduz taksi” (*5000): “İctimai nəqliyyatlara tətbiq olunan qiymət artımının bizim şirkətə heç bir təsiri olmayacaq. Qiymətin artırılması ilə bağlı hər hansı tapşırıq olmayıb. Olacağı da gözlənilmir”.

“Feliks Taksi” (*5959): “Bizim şirkətdə qiymət artımı gözlənilmir”.

“Taksi24” (*2424): “Metro və avtobuslarda qiymət artımının taksilərə heç bir təsiri olmaz”.

“Ailə taksi” (*8555): “Şirkətdə qiymət artımı deyil, qiymətlərin aşağı salınması gözlənilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru