KXDR və Cənubi Koreya liderləri hərbi sahədə razılaşma imzalayacaqlar

19-09-2018, 08:06           
KXDR və Cənubi Koreya liderləri hərbi sahədə razılaşma imzalayacaqlar
KXDR və Cənubi Koreya liderləri hərbi sahədə razılaşma və Pxenyan sammitinin nəticələrinə dair bəyanat imzalayacaqlar.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Seul administrasiyasının nümayəndəsi bildirib.

İmzalanacaq sənədin mahiyyəti hələ məlum deyil. Lakin bildirilir ki, sənədi Cənubi Koreyanın müdafiə naziri Son Yon Mu və KXDR-in xalq silahlı qüvvələrinin naziri No Qvan Çxol imzalayacaq.

Sonra Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In birgə bəyaanat imzalayacaq, jurnalistlər qarşısında çıxış edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru