İsrail əsgərləri rus zabitlərini qurban verdi - Rus senator

19-09-2018, 08:28           
İsrail əsgərləri rus zabitlərini qurban verdi - Rus senator
Rusiya son insidentdən sonra havadan müdafiə sistemlərinin modernləşdirilməsi, əlavə elementlərin tətbiqi ilə bağlı qərarlar qəbul edə bilər.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Frants Klintseviç İl-20 təyyarəsinin vurulması olayı ilə bağlı açıqlamasında deyib.

“İsrail hərbçiləri olduqca utancverici tərzdə davrandılar. Onlar gənc rus zabitlərinin həyatlarının arxasında gizləndilər”, - deyə senator bildirib.

Qeyd edək ki, Rusiyanın İl-20 hərbi təyyarəsini Suriyanın hökumət qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemləri vurub. Rusiya bunda Suriyanı vuran İsrail qırıcılarının Rusiya təyyarəsinin yaxınlığında “gizlənməsini” səbəb kimi göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru