Cənubi Koreya prezidenti Kim Çen Inın təklifini qəbul etdi
19-09-2018, 09:59
Cənubi Koreya prezidenti Mun Çje İn Şimali Koreyanın lideri Kim Çen Inın raket mühərriki test stansiyasını və raketatma enişini sökmək təklifini qəbul edib.
Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mun Koreya Yarımadasındakı tarixi sammitinin ikinci günündə açıqlama verib.
Hər iki Koreya lideri Pxenyanda zirvə görüşlərinin ikinci gününün sonunda birgə bəyanat imzalayıb. Mun və Kim iki ölkə sərhədində yerləşən bir kənddə minaların ləğv etmək qərarını verib. Kim yaxın gələcəkdə Cənubi Koreyaya səfər edəcəyini açıqlayıb.
Qeyd edək ki, üçüncü dəfə bir araya gələn liderlər, üç gün davam edəcək sammitdə Şimali Koreyanın Vaşinqtonla aparılan danışıqları davam etdirməsi ilə yanaşı, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi və Koreya Yarım Adasında sülh yaranmasını müzakirə edib.