Britaniya Rusiyaya qarşı öz sanksiyalarını tətbiq edəcək - Avropa İttifaqı ilə «boşanandan» sonra

21-09-2018, 07:28           
Britaniya Rusiyaya qarşı öz sanksiyalarını tətbiq edəcək - Avropa İttifaqı ilə «boşanandan» sonra
Britaniya xarici işlər nazirinin müavini Alan Dankan bəyan edib ki, London insan haqlarının pozulması sahəsindəki fəaliyyətinə görə, sanksiya tətbiq edəcəyi şəxslərin siyahısını hazırlayır.

Onun sözlərinə görə, «Brexit» prosesi başa çatana qədər Britaniya Rusiyaya qarşı ümumavropa sanksiyalarından çıxış edəcək, 2019-cu ilin mayında isə öz sanksiyalarını tətbiq edəcək.

«Hazırda biz, qəbul olunmuş qanun əsasında sanksiyaların reallaşdırılmasının format və prosedurlarını hazırlayırıq. Hələlik konkret şəxslərin siyahısı üzrə qərar qəbul etmək tezdir. Baş nazir bəyan edib ki, biz, «Brexit»-dən sonra da Avropa İttifaqının fəaliyyətdə olan sanksiyalarından çıxış etməyə ümidliyik» – deyə, Dankanın KİV-ə ünvanladığı məktubda söhbət açılır.

Məktubda qeyd olunur ki, siyahılar yaxın vaxtlarda hökumətin saytında dərc olunacaq. Dankan xatırladıb ki, hal-hazırda Britaniya Rusiyaya qarşı sanksiyaları Avropa İttifaqı çərçivəsində tətbiq edir, yazda qəbul olunmuş «Pulların yuyulması ilə mübarizə tədbirləri və sanksiyalar haqqında» qanun (Maqnistski düzəlişi ilə) isə daha sərt tədbirləri, o cümlədən, aktivlərin «dondurulması»nı və fiqurantların ölkəyə giriş-çıxışının qadağan olunmasını nəzərdə tutur.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru