Nyu-Yorkda Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşü başlayıb
27-09-2018, 07:07
Nyu-Yorkda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş başlayıb.
Bu barədə "Report" Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.