Tramp BMT-də Kanadanın baş naziri ilə görüşdən imtina edib

27-09-2018, 07:09           
Tramp BMT-də Kanadanın baş naziri ilə görüşdən imtina edib
ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında Kanadanın baş naziri Castin Tryudo ilə görüşdən imtina edib.

"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin özü keçirdiyi mətbuat konfransının gedişatında bildirib.

"Bəli, mən bunu etdim. Çünki tariflər olduqca yüksəkdir. Və deyəsən o (Tryudo-red), güzəştə getmək istəmir, - deyə Amerika lideri qeyd edib.

Daha əvvəl isə Castin Tryudo bildirib ki, Şimali Amerika zonasında azad ticarət üzrə danışıqlar BMT Baş Assambleyasında qeyri-formal şəkildə davam etdirilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru